Vahid Əliyev,YAP Xocalı rayon təşkilatının sədriDünyada elə iki dövlət
təsəvvür etmək mümkün deyil ki, onlar arasında bütün sahələrdə münasibətlər
Azərbaycan - Türkiyə münasibətləri qıdər səmimi və yaxın olsun. Bir-birilərinin
sevincinə sevinən, kədərinə şərik olan, iki bədəndə bir can, bir ruh olan iki
qardaş dövlətdir Azərbaycan, Türkiyə. Qardaşlıq münasibətlərimiz tarixın
sınaqlatından mərdliklə keçərək bu günkü səviyyəyə ucalıb. Şuşa Bəyannaməsi
Azərbaycanla Tütkiyə arasında imzalanmış bütün Müqavilələri xatlrlatmaqla
onların mahiyyətini ümumiləşdirən və daha da üst səviyyəyə daşıyan hüquqi sənəd
olmaqla yanaşı türk dünyasının birliyinə yol açan, Azərbaycan- Türkiyə
birliyinin sarsılnaz olduğuna və heç bir qüvvənin münasibətlərimiz əngəl ola
bilməyəcəyinin dünyaya mesajdlr.
Şuşa Bəyannamısinin müqəddiməsində
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və müasir, müstəqil
Azərbaycanın memarı və qurucusu Heydır Əliyevin fikirlərinə xitab edilməsi
Azərbaycan - Türkiyə münasibətlərinin tarixi bağlarını və səviyyəsini göstırir.
Şuşa Bəyannaməsinin mətnində
qeyd olunan müddəalarla yanaşı, Bəyannamənin imzalandığı məkan və tarix böyük
siyasi mahiyyət kəsb edir. Adından göründüyü kimi ikitərəfli münasibətləri
müəyyənləşdirən, tarxi köklərə söykənən və gələcəyə hesablanmış bu Bəyannamə 30
ilə yaxın xarici havadarlarının dəstəyi ilə erməni işğalında qalmış, Silahlı
Qüvvələrimizin Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyevin qətiyyəti, Ali
Baş Komandan olaraq onun yaratdığı Ordumuzun şücayəti, xalqımızı cənab
Prezident İlham Əliyevin ətrafıda sıx birliyi və qardaş Türkiyə Respublikasının
hərtərəfli dəstəyi ilə 08 noyabr 2020-ci ildə erməni əsarətindən xilas edilmiş
Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Şuşada imzalanması ermənilərə
və dünya erməniliyinə açıq mesajdır ki, Şuşa Azərbaycanın olub və əbədi olaraq
da belə qalacaq. Başqa niyyət güdənlər qarşılarında Azərbaycan-Türkiyə
birliyini görəcəklər. 44 günlük Vətən müharibəsi Azərbaycan-Türkiyə birliyinin
nəyə qadir olduğunu ermənilərə də, dünya erməniliyinə də sübut etdi.
Bəyannamənin məhz 15 iyun
tarixində imzalanmasının da siyasi mahiyyəti vardır. Belə ki, Azərbaycanın
dövlət müstəqilliyinin dönməzliyi, əbədiyaşarlığı 15 iyun 1993-cü ildən
başlanır. Dövlətçiliyimizin qorunması tarixi baxımlndan "Milli Qurtuluş
Günü" kimi 15 iyunun müstəsna yeri vardır.
Şuşa Bəyannaməsinin 15
iyunda imzalanması ilə bu tarix bizim ümün ikiqat bayram mənasını daşıyır.
Birinci halda millətimizin və dövlətimizin xilası baxımından, ikinci halda
Azərbaycan- Türkiyə münasibətlərinin rəsmiləşdirilməsi baxımından.
Şuşa Bəyannaməsinin
imzalanmasından keçən qısa müddətdə türk dünyasının əlaqələrinin
dərinləşməsində müsbət irəliləyiş müşahidə edilməkdədir. Türkdilli dövlətlər
anlayışının Türk Dövlətləri Birliyi ilə əvəzlənməsi Şuşa Bəyannaməsinin
müddəalarının yüksək dəqiqliklə və qısa müddətdə icra olunmasının
göstəricisidir.
Təlatümlərlə dolu olan yeni
dünya dönəmində birliyimizə daha böyük ehtiyac duyulur. Birluyimiz
təhlükəsizliyimizin təminatçısı olnaqla yanaşı, xalqlarımızın gələcək
həyatlarının firəvan olacağının təminatçısıdır.
Xalqımız tarixində müstəsna
yeri və rolu olan 15 iyun tarixinə sayılı günlər qalır. İkiqat bayram mahiyyəti
daşıyan bu əlamıtdar gün münasibəti ilə həmin günü milli bayram hesab edən hər
kəsi təbrik edir, ən xoş arzu və istəklərimi bildirirəm.
Yaşasın Azərbaycan-Türkiyə
dostluğu və qardaşlığı!